Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti İlham Həsənov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.
İ.Həsənov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İ.Həsənov hədə-qorxu ilə tələb etmədə ittiham edilir.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com