Ölkəmizin bəzi kütləvi informasiya vasitələrində Rəhim Şəkinski olaraq göstərilən Rəhim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib.
Yayılmış informasiyalarda həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.
O bildirib ki, R. Namazov adı jurnalist olmayıb.
Onun sözlərinə görə, bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır.
Millət vəkili qeyd edib ki, xaricdə sığınacaq almaq məqsədilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var və çox güman ki, R.Namazov da onlardan biridir:
“Ona görə də, demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür.
Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com