Əfqanıstanda təyyarəsi vurulan və bu günə qədər itkin düşmüş sayılan sovet hərbi pilotunun sağ olduğu məlum olub.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiya Desant İttifaqının rəhbəri, Sovet İttifaqı qəhrəmanı, general-polkovnik Valeri Vostrotin deyib.
O qeyd edib ki, pilot hazırda Əfqanıstandadır.
“Bu çox qəribədir. Hazırda maddi köməklə yanaşı, həm də inzibati, o cümlədən ictimai təşkilatların və diplomatik nümayəndələrin köməkləri lazımdır”, – agentliyin sözçüsü deyib.
V.Vostrotin pilotun kimliyini açıqlamayıb.