Əfqanıstan vətəndaşı Bakıda kabel oğrularını tutub polisə verdi

Əfqanıstan vətəndaşı Bakıda kabel oğrularını tutub polisə verdi

Baxış sayı: 2. 055 dəfə baxılıb.

Əfqanıstan vətəndaşı Bakıda kabel oğrularını tutub polisə verdi

Bakıda elektrik naqilləri və telefon kabellərinin oğurlanması geniş yayılıb. Paytaxtda hər gün oğurluq aktı qeydə alınır.

Şübhəsiz ki, oğrular bu tellərin hansı dövlət strukturlarını birləşdirdiyinə əhəmiyyət vermirlər. Məsələn, paytaxtda bir neçə dəfə Daxili İşlər Nazirliyinin xüsusi rabitə kabelinin hissələrini  oğurlayıblar.

Belə oğrulardan birini  Əfqanıstan vətəndaşı, 1992-ci il təvəllüdlü Anil Quullamastahir Heydərli yaxalayaraq polisə təhvil verməyə nail olub.

ÇıxışYolu.Com-ın Binəqədi Rayon Polis İdarəsinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 14-ü, saat 12:40 radələrində Novxanı qəsəbəsində baş verib.

Şəxsi ərazidə keşikçi vəzifəsində çalışan əfqan kişi yad birinin çimərlik ərazisində təxminən 10 metrlik elektrik naqillərini  kəsdiyinin və gizlənmək istədiyinin şahidi olub.

O, oğurluq edən şəxsi yaxalayaraq polisə təhvil verib. Saxlanılan şəxs 1992-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Nəcəfəliyev Məmmədnağı Eldar oğlu olub.

Hazırda Binəqədi rayonu 43-cü polis bölməsinin əməkdaşları saxlanılan şəxsin digər oğurluq hadisələrində iştirakının olub-olmadığını araşdırır.

Hüquq mühafizəçiləri Bakıda hər gün içərisində əlvan metallar olduğuna görə elektrik və telefon naqillərinin oğurlandığını qeyd ediblər.

Kiçik oğrular oğurlanmış əlvan metalları satır və bundan qazanc əldə edirlər. 

Ramella İbrahimxəlilova