ABŞ-a məxsus C-130J “Hercules” hərbi-nəqliyyat təyyarəsi Əfqanıstanın şərqində Cəlalabad şəhərində aerodromda qəzaya uğrayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə CBS News nəşri məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində, altısı amerikalı hərbçi olmaqla 11 nəfər ölüb.
Hadisəyə görə məsuliyyəti “Taliban” terror qruplaşması öz üzərinə götürüb.
ABŞ hərbi komandanlığı yaraqlıların bəyanatını təsdiqləməyərək qəzanın səbəblərinin araşdırıldığını bildiriblər.