Əfqanıstanda baş nazir namizədinə silahlı hücum: ölü və yaralılar var

Baxış sayı: 2. 504 dəfə baxılıb.

Əfqanıstanda baş nazir namizədinə silahlı hücum: ölü və yaralılar var

Əfqanıstanın baş naziri postuna namizəd Əmrulla Salehin ofisinə silahlı basqın olub.

“Tolo News” xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Daha əvvəl altı nəfərin yaralandığı haqqında informasiya olsa da, onların da sayı 13-ə yüksəlib.

Mənbə iddia edir ki, hücum zamanı Salehin ofisində köməkçisi olub.

Şahidlərin ifadəsinə görə, insidenti dörd nəfər törədib.