Əfqanıstanın şərqindəki Loger vilayətində “Taliban” terror təşkilatının silahlıları ABŞ əsgərlərinin olduğu hərbi karvana hücum edib.
ÇıxışYolu.Com xəbər verir ki, hücum zamanı beş amerikalı əsgər həlak olub, bir neçə əsgər isə yaralanıb.
Vilayət polisinin nümayəndəsi Şahpur Arab informasiyanı təsdiqləyib və bildirib ki, hücum nəticəsində iki zirehli avtomobil yararsız hala salınıb.