Əfqanıstanda İŞİD-ə qarşı xüsusi əməliyyat, 70-dək terrorçu məhv edildi

Baxış sayı: 2. 825 dəfə baxılıb.

Əfqanıstanda İŞİD-ə qarşı xüsusi əməliyyat, 70-dək terrorçu məhv edildi

Əfqanıstanın Nanqərhar əyalətində İŞİD terrorçularına qarşı xüsusi əməliyyat keçirilib.

Khaama Press agentliyinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, nəticədə 70-dək terrorçu zərərsizləşdirilib.

Əməliyyat zamanı silah anbarı da məhv edilib.

Qeyd olunur ki, son zamanlar bölgədə təhlükəsizlik səviyyəsi xeyli aşağı düşmüşdü. Buna səbəb İŞİD-in yeni əraziləri nəzarətə götürmək cəhdidir.