Əfqanıstanda məscid partladılıb: Ölənlərin sayı 17-yə çatdı - YENİLƏNİB

Əfqanıstanda məscid partladılıb: Ölənlərin sayı 17-yə çatdı – YENİLƏNİB

Baxış sayı: 3. 217 dəfə baxılıb.

Əfqanıstanda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, daha 34 nəfər yaralanıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə isə “TOLO News” agentliyi məlumat yayıb.

Qeyd edək ki, daha öncə 10 nəfərin öldüyü bildirilirdi.

18:31

Əfqanıstanda məsciddə partlayış nəticəsində ən azı 10 nəfər ölüb, 29 nəfər yaralanıb.

ÇıxışYolu.Com-ın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Həbib Şah əyalətinin Səhiyyə Departamenti məlumat yayıb.

Polisin məlumatına görə, bu məscid həm də seçicilərin qeydiyyat mərkəzi kimi istifadə olunur.

Partlayışın hansı şəraitdə baş verdiyi araşdırılır.

www.ÇıxışYolu.Com