Əfqanıstanın Qerat bölgəsində naməlum şəxs məscidə daxil olub və namaz qılan insanlara atəş açıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “İnterfaks” region polisinin mətbuat katibi Əbdüləhəd Valizoda istinadla məlumat yayıb.
Məlumatlara görə, Şindan qəsəbəsinin Kalai-Mahmur məntəqəsində baş verən hadisə zamanı ölən və xəsarət alanlar var. Həlak olanların sayı dəqiqləşdirilir.
Yerli KİV-in yaydığı məlumatda isə ölənlər arasında yerli müsəlman icmasının rəhbərlərindən birinin də olduğu bildirilib.