Əfqanıstanın şimalında minanın partlaması nəticəsində dörd qadın və iki azyaşlı ölüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
Məlumata əsasən, partlayış Fəryab əyalətində cümə günü baş verib. Ölənlərlə yanaşı bir qadın yaralanıb.
“Qurbanlar kəndin torpaq yolu ilə hərəkət edən zaman, onlardan biri kustar üsulla hazırlanmış minanı basdalayıb”, – deyə hadisə yerində olan hərbi rəsmi bildirib.
Partlayışa görə əsas şübhələr “Taliban” qruplaşmasına yönəlib.