Əfqanıstanın Ləşkərgah şəhərində meydana gələn partlayışda azı 15 nəfər ölüb, 50 nəfər yaralanıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə şəhər stadionunda, Novruz bayramı münasibətilə təşkil edilən yarışlar zamanı baş verib.
Terror stadionun giriş qapısında bomba yüklü maşının partladılması ilə törədilib.
Partlayışın gücü bütün şəhərdə hiss edilib.