Əfqanıstanda üç NATO hərbçisi öldürülüb

Baxış sayı: 2. 043 dəfə baxılıb.

Əfqanıstanda üç NATO hərbçisi öldürülüb

Əfqanıstanda terrorçu-kamikadzenin hücumu nəticəsində ölkə ərazisində sülhməramlı missiyasını yerinə yetirən üç NATO hərbçisi ölüb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, hücum hərbçilərin Əfqanıstan ordusunun nümayəndələri ilə birlikdə əraziyə baxış keçirərkən baş verib.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

www.ÇıxışYolu.Com