Əfran İsmayılov “Sumqayıt”da – FOTO

Baxış sayı: 2. 986 dəfə baxılıb.

Dörd futbolçu ilə müqavilə yeniləyən “Sumqayıt” FK 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

ÇıxışYolu.Com xəbər verir ki, komanda ötən mövsümü “Qarabağ”da keçirmiş Əfran İsmayılovla bir illik müqavilə imzalayıb.

Əfran bu komandada 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa, “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.

S.T.
www.ÇıxışYolu.Com