Əfsanəvi “ABBA” qayıdır – FOTO + VİDEO

Əfsanəvi “ABBA” qayıdır – FOTO + VİDEO

Baxış sayı: 2. 267 dəfə baxılıb.

Dünya şöhrətli “ABBA” qrupunun üzvləri 80-ci illərdən bəri ilk dəfə olaraq yenidən bir araya gələrək studiyada yeni mahnılar yazdıracaq.

ÇıxışYolu.Com xəbər verir ki, isveç kvartetinin “I still have faith in you” (Hələ də sənə inanıram) adlı mahnısı dekabr ayında BBC və NBC telekanallarının efirində yayımlanacaq.

“Hamımız düşünüb-daşınıb belə qərar gəldik ki, 35 ildən sonra yenidən bir araya gəlmək və studiyada mahnı yazdırmaq çox maraqlı və əyləncəli olacaq.”, – deyə ABBA-nın rəsmi instaqram səhifəsində yayılan məlumatda qeyd olunur.

ABBA – 1970-1982-ci illərdə fəaliyyət göstərmiş İsveç musiqi kvartetidir. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb. Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır. 1974-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibidir.

İlk albomu olan “Ring Ring” 1973-cü ildə çıxıb.  ABBA dünya musiqi tarixinin ən məşhur və uğurlu qruplarınnan biridir.

Qrupun musiqi yazıları bütün dünya üzrə 350 milyon nüsxədən çox satılmışdı. Kvartetin sinqlları 1970-80-cı illərdə dünya çarxlarında ilk yerləri tuturdu. Onların albomları isə dünya xitparadlarına başçılıq edirdi. Onlar radioların pleylistlərində indiyə qədər qalmaqdadılar.

.
www.ÇıxışYolu.Com