f6029c86-de45-45a0-aa7e-b57955c1b718..jpg

Əfsanəvi ifaçı Bob Marlinin musiqiçi nəvəsi maşınında ölü tapıldı – FOTO/VİDEO

Baxış sayı: 984 dəfə baxılıb.

Əfsanəvi ifaçı Bob Marlinin musiqiçi nəvəsi maşınında ölü tapıldı – FOTO/VİDEO

Əfsanəvi ifaçı Bob Marlinin nəvəsi, reqqi musiqiçisi Cozef Marli (Co Mersa) 32
yaşında ABŞ-də vəfat edib.

Bu barədə Floridanın WZPP radiostansiyası məlumat yayıb.

Bildirilir ki, ifaçı astma tutmasından dünyasını dəyişib.

Gənc ifaçı avtomobilində huşsuz vəziyyətdə tapılıb.

Qeyd edək ki, Cozefin atası də tanınmış musiqiçisi və prodüser Stiven
Marlidir. O, səkkiz dəfə “Grammy” mükafatı laureatıdır. Bunlardan üçünə solo
ifaçı kimi, iki dəfə kiçik qardaşı Demian üçün albom prodüseri kimi və daha üç
dəfə böyük qardaşı Zigginin “Ziggy Marley & The Melody Makers” qrupunun üzvü
kimi layiq görülüb.

Co Marli 12 mart 1991-ci ildə anadan olub. İlk illərini Yamaykada keçirən Co
sonra ailəsi ilə birlikdə Floridaya köçüb. O, Mayami-Deyd Kollecində studiya
mühəndisliyi üzrə təhsil alıb.

Conun 2014-cü ildə “Comfortable” adlı mini albomu, 2021-ci ildə isə “Eternal”
albomu çıxıb. O, həmçinin Yamaykanın “Morgan Heritage” qrupu ilə sonradan “ən
yaxşı reqqi albomu” kimi “Grammy” mükafatına layiq görülən “Stricly Roots”
albomu üçün trek yazıb.

Mənbə: RBK


Source link