“Mançester Yunayted” klubunun əfsanəvi məşqçisi Aleks Ferqüson xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
ÇıxışYolu.Com Gazeta.ru-ya istinadla xəbər verir ki, 76 yaşlı məşqçi cümə axşamı özünü pis hiss etməsindən şikayətlənib. Cümə günü səhər isə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Onun vəziyyətilə bağlı məlumat yoxdur. “Donkaster Rovers” klubunun rəhbəri olan oğlu Darren Ferqüson da komandanın son oyununu buraxıb.