İrlandiyalı müğənni Şineyd О’Konnor İslamı qəbul etdiyini bəyan edib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “The Daily Mail” nəşri yazır.
Müğənni adını da dəyişdirib – Şuxada. Yeni adın mənası “şəhid” deməkdir.
О’Konnor “Twitter” hesabında hicabda olan fotolarını da paylaşıb.
“Bütün müqəddəs yazılar İslama aparır. Mənim yeni adım Şuxadadır”, – müğənni yazıb.
Nəşr yazır ki, О’Konnor oktyabırn 19-da azan oxumasının görüntülərini paylaşıb.