752556d4-5e0e-4490-8405-70845d0f6591..jpg

Əfsanəvi müsabiqə geri dönür: “Bakı Payızı 2023 – 35 il sonra” – VİDEO

Baxış sayı: 1. 107 dəfə baxılıb.

Əfsanəvi müsabiqə geri dönür: “Bakı Payızı 2023 – 35 il sonra” – VİDEO

Əfsanəvi “Bakı Payızı” müsabiqəsi yenidən istedadları kəşf etməyə başlayacaq.

“Bakı Payızı 2023 – 35 il sonra” adı ilə keçiriləcək müsabiqə ulu öndər Heydər
Əliyevin 100 illiyinə həsr olunur. Müsabiqənin əsas məqsədlərindən biri dünya
azərbaycanlılarını birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya
tanıtmaq və təmsil etməkdir.

Məşhur pianoçu, bəstəkar və musiqi prodüseri, Əməkdar artist Emil Əfrasiyab
qeyd edib ki, layihə təkcə vokal istedadları üçün deyil, həm də beş janr üzrə
böyük müsabiqəyə çevriləcək: qruplar, orijinal janr, xoreoqrafiya və
bəstəkarlar.

O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək onları layihəyə qoşulmağa
dəvət edib.

“Bu “Bakı Payızı” musiqi müsabiqəsi mədəniyyətimizin inkişafında, yeni
istedadların üzə çıxarılmasında çox mühüm və önəmli rol oynayır!” – E.Əfrasiyab
vurğulayıb.

Qeyd edək ki, “Bakı Payızı” müsabiqəsi ilk dəfə ötən əsrin 60-cı illərin
ikinci yarısında yaransa da, uzun müddət keçirilməyib. Təxminən 20 ilə yaxın
uzun fasilədən sonra, 1980-ci illərdə yenidən estrada musiqisinə töhfələr
verməyə başlayıb. 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan
Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunub.

Konsert günü Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və
Mikayıl Vəkilovun bəstələri ilk dəfə iştirakçılar tərəfindən səslənir.
Müsabiqənin ən yaddaqalan çıxışı isə şair Malik Fərruxun sözlərinə bəstəkar
Mikayıl Vəkilovun bəstələdiyi “Azərbaycanım” mahnısının konsertin ulduzları
tərəfindən birgə ifası olur.


Source link