8497b28b-7aa0-4f21-b5b4-92676e572e64..jpg

Əfsanəvi Ronaldinyo futbola qayıtdı, 1 milyondan çox izləndi – VİDEO

Baxış sayı: 942 dəfə baxılıb.

Əfsanəvi Ronaldinyo futbola qayıtdı, 1 milyondan çox izləndi – VİDEO

Braziliyalı əfsanəvi keçmiş futbolçu Ronaldinyo Qauço İspaniya Media Liqasında
debüt edib.

42 yaşlı braziliyalı “Porsinos”un heyətində “Pio”ya qarşı oynayıb. O, matçın
5-ci dəqiqəsində kapitan sarğısını alaraq, meydana çıxıb. Ronaldinyonun debüt
oyunu onlayn platformalarda ümumilikdə 1 milyondan çox izlənib.

Sözügedən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında
“Pio” 3:1 qalib gəlib.

“Kings League” adlandırılan yarışda şou-biznes ulduzları və keçmişin futbol
əfsanələrindən ibarət komandalar çıxış edir. Matçlar Barselonada 7×7 formatında
keçirilir. Hər oyun 40 dəqiqə davam edir.

Avropada PSJ, “Barselona”, “Milan” kimi komandaların formasını geyinmiş
Ronaldinyo 2015-ci ildə karyerasını başa vurub.

Mənbə: “Marca”


Source link