Əfv siyahısı prezidentə təqdim ediləcək

Əfv siyahısı prezidentə təqdim ediləcək

Baxış sayı: 1. 721 dəfə baxılıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

Komissiyanın indiyədək keçirilən iclaslarında 1100-dək müraciətə baxılıb.

İclasda indiyədək müsbət rəy verilən müraciətlərin siyahısının Prezident İlham Əliyevə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

Dövlət başçısının əfv sərəncamı imzalayacağı gözlənilir.

www.ÇıxışYolu.Com