Əgər qadın həyat yoldaşından çox pul qazanırsa... – ULDUZLARIN RƏYİ

Əgər qadın həyat yoldaşından çox pul qazanırsa… – ULDUZLARIN RƏYİ

Baxış sayı: 4. 750 dəfə baxılıb.

Təbiətin qanunudur ki, kişi ailədə qazanan, qadın isə ocağın qoruyucusudur. Buna görə də ailə büdcəsinə əsas qazancı ailə başçısı gətirməlidir. Ancaq bu gün Azərbaycanda qadının ailə büdcəsinə əsas qazanc gətirməsi hallarına da rast gəlinir. 

ÇıxışYolu.Com-ın müxbiri Azərbaycanın tanınmış kişilərindən bu məsələyə münasibət öyrənib. Cavablar belə olub:

Teleaparıcı Murad Əzimzadə:

Əgər qadın həyat yoldaşından çox pul qazanırsa... – ULDUZLARIN RƏYİ

“Əlbəttə, qadın çox qazana bilər. Bu, normaldır. Yaxşı təhsil almış qadın özü üçün uyğun və sərfəli iş tapa, eləcə də daha çox qazana bilər. 

Mən mental dəyərlərin tərəfdarı deyiləm və hesab edirəm ki, bu vəziyyətdə mentalitet rol oynamamalıdır. Bayırda XXI əsrdir, kapitalizm dövrüdür. Buna görə də kişilərdən çox qazanan qadınlara münasibətin normaldır”. 

Aktyor Kamran Ağabalayev:

Əgər qadın həyat yoldaşından çox pul qazanırsa... – ULDUZLARIN RƏYİ

“Əlbəttə ki, qadınlar kişilərdən çox qazana bilərlər. Niyə də yox? Mən buna normal baxıram. Hər bir şəxsiyyət qarşısına məqsəd qoyubsa, ona nail ola bilər. Əsas istəkdir. 

Qarşına düzgün məqsədlər qoymalısan, birinci məqsədə çatmaq ikinciyə yol açır. Öz arzuların və məqsədlərinə doğru irəliləməlisən”. 

Müğənni və bəstəkar Murad Arif

Əgər qadın həyat yoldaşından çox pul qazanırsa... – ULDUZLARIN RƏYİ

“Mən sosioloq deyilən və bu statistikadan xəbərsizəm, ancaq məlumdur ki, istənilən sahədə daha perspektivli və tələb olunan işçilər var.

Şou-biznes sahəsində danışarkən qeyd etmək lazımdır ki, qadınlar kişilərdən çox qazanır. Çox az sayda kişi müğənnisi var ki, tədbirlərə yarım saatlıq dəvət alır. Ancaq estrada ifaçıları olan qadın müğənnilər var ki, onlar yarım saat oxumaqla həmin tədbiri aparan kişi ilə eyni qazanc əldə edir. 

Ailəmdə mən həyat yoldaşımdan daha çox qazanıram Bəli, ailəmizdə bu məsələ bizi narahat etmir. Axı, büdcə ailəyə məxsusdur. 

Valideynlərim təhsil sahəsində çalışır. Elə dövr olub ki, atam anamdan çox pul qazanıb. Ancaq bunun əksinə olan halları da yaşamışıq. Atam sağlamlığındakı problemlərlə əlaqədar işləyə bilməyib. Bütün ağırlıq anamın üzərinə düşüb. O, şagirdlərə əlavə dərslər keçirdi ki, maliyyə ehtiyaclarımızı qarşılaya bilsin. Ancaq ailəmizdə bu məsələyə diqqət yetirilmir. 

Ancaq ola bilsin ki, bu, mentalitet söhbətidir və onun özünün Qafqaz qanunları var. Mən düşünürəm ki, kişi ailədə daha çox qazanmalıdır. O, əsas qazanc gətirən şəxs olmalıdır. Qadın onu dəstəkləməli və ocağın qoruyucusu olmalıdır, o, büdcəyə nəzarət etməlidir. Əgər kişi qadından az qazansa, onda o, psixoloji təzyiq altına düşəcək, kişi qadından asılı olmamalıdır”. 

Azərbaycanın xalq artisti Bəhram Bağırzadə:

Əgər qadın həyat yoldaşından çox pul qazanırsa... – ULDUZLARIN RƏYİ

“Ancaq Quranı oxumayan və ya cahil insanlar bunun doğru olmadığını deyə bilər. Əslində isə, bu, dinimizin qanunlarına qarşı deyil. Fərqi yoxdur, kişi və ya qadın olan hər bir müsəlman lazım gəldikdə ehtiyacı olanlara kömək etmək üçün zəngin olmağı haqq edir. 

Qurana əsasən, qadının təhsil, işləmək və qazanmaq haqqı var. Ancaq hər bir qadın özü qərar verməlidir ki, ona kişidən çox pul qazanmaq və evdə rolları dəyişmək lazımdırmı?!

Hesab edirəm ki, kişilər qadınlardan daha çox qazanmalıdır, çünki son söz kişilərin olur. Ancaq əgər həyat yoldaşım məndən çox qazansaydı, bu, mənim üçün motivasiya olardı və daha çox qazanmağa çalışardım”.

Çinarə Q.
www.ÇıxışYolu.Com