Əhalinin banklardakı əmanətlərinin həcmi azalıb.
ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, fevral ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 7497.0 milyon manat olub.
Bu, ilin əvvəli ilə müqayisədə 64,2 milyon manat azdır.
Əmanətlərin 4967.4 milyon manatı xarici valyutada, 2529.6 milyon manatı milli valyutada olub.