Bir neçə gün əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Əhməd Əhmədzadə ilə bağlı yeni qərar verilib.
Sabiq sədr Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.
“Qafqazinfo” sözügedən təyinatla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. O məsələdən məlumatlı olmadığını qeyd edib. Eyni zamanda bildirib ki, məsələni araşdıracaq.