İranın Əhvaz şəhərində terror aktı törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, terror aktı ilə əlaqəli olan beş nəfərdən ibarət terror qruplaşması da müəyyən edilib.
Saxlanılan şəxslərdən partlayıcı maddə, silah və rabitə vasitələri götürülüb.
Xatırladaq ki, Əhvazda keçirilən hərbi parad zamanı törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 60-dan çox adam yaralanıb.