Əkbər: Otuz doqquz yaşım var, heç kimi sevməmişəm – FOTO + VİDEO

Əkbər: Otuz doqquz yaşım var, heç kimi sevməmişəm – FOTO + VİDEO

Baxış sayı: 2. 181 dəfə baxılıb.

Tanınmış müğənni Əkbər mətbuat konfransı keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, konfrans zamanı “Məndən ayrılma” adlı yeni klipini təqdim edən ifaçı uzun zaman sonra ilk dəfə medianı bir araya topladığını deyib:

“Mən tək-tək müsahibələr versəm də, 1995-ci ildən bəri ilk dəfədir ki, medianın hamısını bir araya toplamışam. Çox şadam ki, yanımdasınız. Yeni mahnımın sözləri Leyli Erola, musiqisi Hakan Erola aiddir. Klipi isə gənc videoqraf Eko Ağalarova həvalə etdim. Sadə görüntülərdən bir klip ərsəyə gətirdik və ürəyimcə oldu. Belə olmasaydı, sizi bir araya toplamazdım”.

Əkbər: Otuz doqquz yaşım var, heç kimi sevməmişəm – FOTO + VİDEO

Müğənni bildirib ki, ekranlarda az-az görünməsinin səbəbi verilişləri bəyənməməsindən irəli gəlir:

“Əkbər gündəmdə deyilsə, bu, o demək deyil ki, Əkbər bütün günü evdə oturur və bəzi müğənnilər kimi ildə bir dəfə çıxıb demir ki, mən qayıdıram. Sonra yenə də itir. Gündəm sözü mənim üçün bir az qaranlıq sözdür.

Hansı efir var ki, müğənni özünü orada göstərə bilsin? Bir saat efir gedir, 45 dəqiqə sosiska və kolbasadan danışırlar. Mən həmin efirlərə bir az şübhəli baxıram. Fərqli proqramlara çıxıram, çoxuna çıxmıram, düz edirəm. Özümə qadağa qoymuşam”.

Jurnalistlərin sualların cavablandıran Əkbər şəxsi həyatı barədə də danışıb:

“Mənim üçün sevgi önəmli deyil. Buna önəm verirəm. Sevgi gəlir və gedir. Sevgiyə inanmıram. Ola bilər ki, kimsə məni sevmir, mən heç kimi sevmirəm. 39 yaşım var, indiyədək heç kimi sevməmişəm. 40-dan sonra da heç kimi sevməyəcəm. 

Əkbər: Otuz doqquz yaşım var, heç kimi sevməmişəm – FOTO + VİDEO

Əkbər: Otuz doqquz yaşım var, heç kimi sevməmişəm – FOTO + VİDEOƏkbər: Otuz doqquz yaşım var, heç kimi sevməmişəm – FOTO + VİDEO

Əkbər: Otuz doqquz yaşım var, heç kimi sevməmişəm – FOTO + VİDEO

.
www.ÇıxışYolu.Com