e80a734f-0de1-49f9-a52b-1b4b8468e32f..jpg

Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən Rəşad Dağlıdan DANIŞDI: “Yalnız onu deyə bilərəm ki…”

Baxış sayı: 1. 041 dəfə baxılıb.

Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən Rəşad Dağlıdan DANIŞDI: “Yalnız
onu deyə bilərəm ki…”

Meyxanaçı Ələkbər Yasamallı dostu Rəşad Dağlı və qətlə yetirilən bibisi oğlu
İsgəndər Mehdiyevdən danışıb.

Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda tanınmış
meyxanaçı açıqlaması ilə bir çox vacib məqamlara toxunub:

“Bu hadisə barədə danışmaq mənim üçün həddən çox çətindir. Çünki hər iki
tərəf mənə çox yaxın olub. İsgəndər mənim bibim oğlum, doğmam idi. Rəşad Dağlı
isə dostum idi. Rəşad Dağlı bizim evdə böyümüşdü, bir yerdə tonlarla çörək
kəsmişdik. İsgəndərlə də çörək kəsmişdik. Allah şeytana lənət etsin! Onun iki
gözəl gül balası var. İsgəndər yetim isə heç ailə də qurmamışdı. Allah ona
rəhmət etsin, günahlarını bağışlasın. Yalnız onu deyə bilərəm ki, Allah Rəşadın
da qapısını açsın, günahlarını bağışlasın. Bu iş olmamalı idi, ancaq oldu. Nə
deyim!? Allah bilən məsləhətdir”.

Ə.Yasamallı açıqlamasında bu hadisədən sənət dostlarının da sarsıldığını qeyd
edib:

“Həmkarlarımın hamısı sarsılıb. Nəinki Rəşadın, heç bir sənət yoldaşımızın
başına gəlməli bir şey deyildi. Rəşad özü azadlıqda olanda da bilirdi ki,
Rəşadın uğurlarına daim sevinmişəm. Amma onun uğurlarına sevinməyənlər də var
idi. Bunu özü çox yaxşı bilir. Biz, bir-birimizin uğuruna həmişə sevinmişik,
kədərimizə də pis olmuşuq. Allah Aydına, Vüqara da rəhmət eləsin! Vüqar rəhmətə
gedəndə Rəşadla bir yerdə getmişdik.

Dedi: “Qoca, Allaha and olsun ki, toyumuza çağırılası dostlarımız azalır”.
Yəni Aydın, Vüqar, Rəşad yoxdursa, Ələkbər də yoxdur. Rəşad bizə pis olmayıb,
mən də ona pis olmamışam. Belə bir faciədən kim özünə xal qazanırsa, bu qalıb
onun kişiliyinə, mərdliyinə. Gizlətmirəm, bu hadisə mənə pis təsir edib. Nəinki
bibim oğluna, eləcə də dostuma görə pis olmuşam”.

Source link