f41486fc-5b1d-4c22-811c-8d0b13876686..jpg

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna torpaq sahəsi verilib

Baxış sayı: 878 dəfə baxılıb.

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna torpaq sahəsi verilib

Azərbaycan Prezidenti İlham Əliyev “Ələt azad iqtisadi zonasının fəaliyyətinin
təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzlayıb.

AZƏRTAC

xəbər verir ki, Sərəncama əsasən, “Ələt azad iqtisadi zonasının yaradılması və
fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci
il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri
Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının
ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncamın əlavəsindəki
yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 635,1 hektar hissəsi
birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının
səlahiyyətli qurumuna verilib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi
zonasının səlahiyyətli qurumu bu Sərəncamdan irəli gələn məsələləri həll
etməlidir.

Source link