40b27bd4-80e5-4913-915b-68a1e37bf48e..jpg

Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi keçirilib – VİDEO

Baxış sayı: 886 dəfə baxılıb.

Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi keçirilib – VİDEO

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit təkmilləşdirmə, gizir, müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla
başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, buraxılış mərasimində əvvəlcə
şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafeyin
təbrikini şəxsi heyətə çatdıran general-mayor Məhəmməd Həsənov bildirib ki,
ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham
Əliyev daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət
mərkəzində saxlayır. Göstərilən diqqət və qayğının nəticəsində muxtar
respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun
maddi-texniki bazası hər keçən gün daha da gücləndirilir, silah arsenalı ən
müasir silahlarla yenilənir.

General-mayor Məhəmməd Həsənov kursları uğurla başa vuran məzunların onlara
etibar olunacaq hər bir vəzifənin məsuliyyətini dərindən dərk edəcəklərinə,
bundan sonra da hərbi bilik və bacarıqlarını artıraraq Əlahiddə Ümumqoşun
Ordunun silahlanmasına yeni qəbul olunmuş müasir silah, texnika və qurğuları
peşəkarlıqla idarə edəcəklərinə inandığını bildirib.

Məzunlar adından çıxış edən mayor Bəhruz Ziyadov və gizir Taleh Həsənov kurs
zamanı öyrəndikləri yeni hərbi bilikləri Əlahiddə Ümumqoşun Ordunun hissə və
bölmələrində xidmət edərkən, şəxsi heyətin peşəkarlığının artılmasına sərf
edəcəklərinə söz verib.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs
birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna
önündən təntənəli keçid olub.

Sonda xatirə şəkli çəkdirilib.


Source link