209a1fd3-a283-4815-b75d-f48c9b58e5b2..jpg

Əlahiddə Ümumqoşun Ordunun təlimindən möhtəşəm görüntülər – FOTO/VİDEO

Baxış sayı: 942 dəfə baxılıb.

Əlahiddə Ümumqoşun Ordunun təlimindən möhtəşəm görüntülər – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun 2023-cü ilin döyüş hazırlığı planına əsasən
komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə, hissə və bölmələr
təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq daimi dislokasiya məntəqələrindən
cəmləşmə və döyüş təyinatı rayonlarına çıxarılıb.

Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar
qəbuletmə üzrə bacarıqlarının və bölmələrin daim döyüşə hazırolma vərdişlərinin
təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə bölmələr atəş və start mövqeləri
tutduqdan sonra ərazidə maskalanma və mühafizə tədbirlərini yerinə yetiriblər.

Təlim zamanı səhra rabitə qovşağının ərazidə açılması praktiki olaraq məşq
etdirilib. İdarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil
radioqovşaqlardan qərargahlararası məlumatlar mübadiləsinin yüksək keyfiyyətlə
yerinə yetirilməsi təmin edilib.

Aviasiya bölmələrinin təlimə hazırlıq məruzələri dinlənildikdən sonra “Mi-17”
nəqliyyat-döyüş helikopterlərindən yer hədəflərinə müxtəlif döyüş manevrləri
ilə hücum məşq etdirilib.

Təlimə cəlb edilmiş hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif
hündürlük diapazonununda fəaliyyət göstərən hava düşməninin zərbələrinin dəf
edilməsi üzrə tapşırıqlar icra edilib.

Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə
döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Ordu aviasiyası
praktiki uçuşlarla hava düşmənini təqlid edib.

Radiotexniki bölmələrin kəşfiyyat vasitələri ilə düşmən hədəfləri aşkarolunma
həddinə çatdıqda əldə olunmuş məlumatlar komanda məntəqəsinə ötürülüb. Döyüş
heyətləri tərəfindən hava hücum vasitəsinin dövlət hava sərhədinə uçub çatma
vaxtı və zenit-raket divizionlarının məhvetmə zonasına girmə ardıcıllığı üzrə
hesabatlar aparılıb. Alınmış döyüş tapşırığına əsasən zenit-raket bölmələrinin
komanda məntəqəsi hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə
fəaliyyətləri yerinə yetirib.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya və minaatan bölmələri
şərti düşmən hədəflərini aşkar edərək sərrast atəşlə məhv edib.

Təlimdə döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə
yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə və komandirlərin
bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə nail olunub.


Source link