Əlcəzair Müdafiə Nazirliyinə məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 257 nəfər ölüb.
ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, ölənlərdən çoxu hərbi qulluqçulardır.
Qəza yerinə nazir müavini, ordu generalı Əhməd Qayd Salah da gəlib.
12:38
Əlcəzairdə təyyarə qəzası zamanı ən azı 200 hərbçi ölüb.
ÇıxışYolu.Com-ın TASS-a istinadən məlumatına görə, hadisə ölkənin cənubunda Bufarik və Blid şəhərləri arasında baş verib.
Təyyarə Bufarik hərbi bazasında havaya qalxandan sonra qəzaya uğrayıb.