Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, xatirəsi hər gün anılır.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Heydər Əliyevn müəyyənləşdirdiyi siyasət özünü göstərir:
“Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”.
Ə.Əhmədov bildirib ki, Azərbaycanın bütün vətəndaşları Heydər Əliyevə minnətdarlıq edir:
“Gənclər onlara göstərilən diqqət və qayğıya görə, incəsənət xadimləri incəsənətə göstərdiyi diqqətə görə, digər nəsillər də başqa fəaliyyətlərə görə Heydər Əliyevin xatirəsinə dərin hörmətlərini ifadə edirlər”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com