“İşğaldan azad edilən ərazilərimizdə çox zəngin yeraltı və yerüstü su ehtiyatlarımız var”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
Onun sözlərinə görə, regionda yeraltı şirin su yataqları mövcuddur:
“Füzulidə iki, Cəbrayılda yeddi, Zəngilanda iki yeraltı su yatağı var. Ağdam rayonu isə Qarabağın yeraltı su ehtiyatlarına malik böyük bir hövzəsində yerləşib. Qubadlı, Laçın və Kəlbəcər rayonlarında isə yeraltı su hövzələri olmasa da, çox zəngin mineral, termal su yataqları mövcuddur.
Məsələn, Kəlbəcərdə yeddi termal su yatağı var. Laçın və Kəlbəcər rayonlarında ümumilikdə 150-dən artıq həm termal, həm də içməli su bulağı mövcuddur”.
O əlavə edib ki, işğaldan azad edilən hər bir rayonda yetərli qədər su ehtiyatı var.