d1ed3408-065b-418c-b90c-6284c114d82f..jpg

Əli Əsədov: “Əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması tədbirləri görülüb”

Baxış sayı: 868 dəfə baxılıb.

Əli Əsədov: “Əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının
yaxşılaşdırılması tədbirləri görülüb”

“Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının
yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb”.

“Report”un xəbərinə görə, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət
Sammitinin plenar iclasında çıxış edərkən deyib.

Baş nazir bütün ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsinin kəskin şəkildə
aktuallaşması fonunda Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın
təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması
istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyünü qeyd edib.

Source link