cc05a75d-18a1-4f1c-a474-5c8a8471d181..jpg

Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Baxış sayı: 1. 117 dəfə baxılıb.

Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Martın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə
Respublikasının vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq və
müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə
olunub.

Dövlət başçılarının tapşırıqlarının icrası məqsədilə Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiya çərçivəsində həyata keçirilən işlərin gedişi barədə
fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif
sahələrdə perspektivləri müzakirə edilib.

F.Oktay Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin
aradan qaldırılması istiqamətində görülən işlər və bərpa-quruculuq tədbirləri
barədə məlumat verib.

Source link