01141272-4684-45da-9d49-ff2c55cda4a9..jpg

Əli Əsədov qiymət artımından danışdı – VİDEO

Baxış sayı: 1. 376 dəfə baxılıb.

Əli Əsədov qiymət artımından danışdı – VİDEO

Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında
hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, inflyasiya son illərdə bütün dünyada ciddi
problemə çevrilib:

“O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin
artması müşahidə edilib, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə
daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib”.

Ə. Əsədov qeyd edib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9%
təşkil edib:

“Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi
təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən
çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib”.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link