557775b7-4afd-454f-bf7c-fc90637e2ee0..jpg

Əli Əsədov Rusiyanın baş nazirinə məktub göndərib

Baxış sayı: 813 dəfə baxılıb.

Əli Əsədov Rusiyanın baş nazirinə məktub göndərib

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baş naziri Mixail Mişustinə ad
günü münasibətilə təbrik məktubu göndərib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, məktubda M.Mişustinin Azərbaycan ilə Rusiya arasında ənənəvi
dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi
töhfə qeyd olunur.

Azərbaycan-Rusiya ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da
genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı təşəbbüslərin səmərəli
həyata keçirilməsi istiqamətində birgə səylərin bundan sonra da davam
etdiriləcəyinə əminlik ifadə olunub.

Həmçinin konstruktiv dialoqun davam etdiriləcəyinə ümid ifadə edilib.

Source link