7adcac26-7177-44f2-afac-f5c3fdd60390..jpg

Əli Əsədovdan büdcədən maliyyələşdirilən bəzi işçilərin maaşları ilə bağlı QƏRAR – FOTO

Baxış sayı: 942 dəfə baxılıb.

Əli Əsədovdan büdcədən maliyyələşdirilən bəzi işçilərin maaşları ilə bağlı
QƏRAR – FOTO

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il
20 noyabr tarixli 205 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən
maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin
aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi
məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edilib ki, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı
daxildir.

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən
işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və
ya elmlər doktoru üçün 16,90 manat, dosent və ya fəlsəfə doktoru üçün 12,30
manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 8,30 manat məbləğində
müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin
(naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli
naturada 10,80 manat, geyimsiz naturada isə 17,85 manat məbləğində müəyyən
olunur.

Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən
şəxslərə şamil edilir.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək.

Source link