be25490d-7c2a-47c6-8018-016803692aea..jpg

Əlində qumbara olan şəxs kafe və evə hücum etdi

Baxış sayı: 1. 173 dəfə baxılıb.

Əlində qumbara olan şəxs kafe və evə hücum etdi

Yanvarın 17-də gecə saatlarında Tərtər şəhəri ərazisində bir nəfərin əlində
qumbara ilə kafelərin birində əşyaları və pəncərələrinin şüşələrini, sonradan
bir evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan avtomobilin
şüşələrini sındırması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər
həyata keçirilib və bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Yavər
Hüseynov tərksilah edilərək saxlanılıb. Ondan “RQD-5” markalı əl qumbarası
götürülüb.

Araşdırmalarla həmin gün saat 23 radələrində Y.Hüseynovun kafedə sərxoş halda
xidmətdən narazı olduğu üçün xidmətçiləri və oranın sahibi, şəhər sakini
S.Bayramovla mübahisə edib orada olan əşyaları sındırması, sonradan əlindəki
qumbara ilə S.Bayramovun yaşadığı evin həyətinə gedərək evin pəncərələrini və
həyətdə olan ona məxsus “Mercedes-Benz” markalı avtomobilin şüşələrini
sındırması, yenidən kafeyə qayıdaraq oranın pəncərə şüşələrini sındırması məlum
olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 228-ci (Qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə)
maddələri ilə cinayət işi başlanılıb.

Source link