Əliyar Ağayev Çempionlar Liqasında oyun idarə edə bilər? – AÇIQLAMA

Əliyar Ağayev Çempionlar Liqasında oyun idarə edə bilər? – AÇIQLAMA

Baxış sayı: 3. 080 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, azərbaycanlı futbol hakimi Əliyar Ağayev UEFA-nın I kateqoriyalı hakimlər sırasına daxil edilib. 

Referi ÇıxışYolu.Com-a  bu barədə fikirlərini açıqlayıb:

“İki il idi ki, bu xəbəri gözləyirdim. Bu gün UEFA-nın I kateqoriyalı hakimi olduğumu öyrəndim. Çox sevinirəm ki, çəkdiyim əziyyət yerdə qalmadı. Tofiq Bəhramov dünya çempionatında SSRİ adından çıxış etmiş azərbaycanlı hakimdir.

Düzdür, o vaxtlar kateqoriyaların verilməsi prosesi tamam ayrı cür idi. İstənilən halda, Tofiq Bəhramovdan sonra bu cür yüksək nəticəyə nail olmaq çox sevincdiricidir”. 

Müstəqillik tarixində ilk I kateqoriyalı hakimimiz olan Əliyar Ağayev bununla da Çempionlar Liqasının qrup mərhələsində oyun idarə etmək hüququ əldə edib. Ağayev bu barədə də danışıb:

“Hamı mənə Çempionlar Liqasının qrupunda oyun idarə edib-etməyəcəyimi soruşur. I kateqoriyaya yiyələnməyim hələ qrupda oyun keçirəcəyim anlamına gəlməməlidir. Sadəcə olaraq, artıq belə bir şansım var.

Həm də elə bir təcrübə olmayıb ki, I kateqoriyaya yiyələndiyi ilk ildəcə hansısa hakim qrupda oyun idarə etsin. Amma 21 yaşadək millilərin Avropa çempionatına təyinatım daha realdır”.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com