Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Kayrat” (Qazaxıstan) – “Alkmaar” (Hollandiya) oyununu azərbaycanlı hakimlər idarə edib.
ÇıxışYolu.Com xəbər verir ki, baş hakim Əliyar Ağayevin yan xətdə köməkçiləri Zeynal Zeynalovla Rza Məmmədov olub, 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
Almatı şəhərindəki qarşılaşma “Kayrat”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev beş sarı vərəqə göstərib ki, bunlardan üçü meydan sahiblərinə, ikisi qonaqlara olub.