2c587839-d0f8-41d5-85e3-781c137323e9..jpg

Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” – VİDEO

Baxış sayı: 1. 159 dəfə baxılıb.

Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” – VİDEO

“Həyat yoldaşımdan boşandım, daha sonra o, dünyasını dəyişdi. Gərək
boşanmayaydım…Beş-altı il əvvəl bilmişəm ki, o, vəfat edib. Bu xəbərdən çox
pis oldum. Onun ailəsinə dedim ki, gərək mənə onun vəfatını deyərdiyiniz. O,
mənim uzaq qohumum olub”.

Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Əliyeva qonaq
olduğu “Zaurla günaydın” səhər şousunda deyib.

Sənətçi bildirib ki, universitet illərində Xalq artisti Fuad Poladova eşqini
etiraf edib:

“Evliliyim heç bir il çəkmədi. Mənim bir övladım var. Universitetin üçüncü
kursunda təhsil alırdım. Məni evdən vermişdilər həmin şəxsə, nişanlamışdılar.
Amma mənim sevgim başqa insana idi. Fuad Poladova qarşı platonik sevgim var idi.

O da yenicə ailə qurmuşdu. Tədris teatrında tərəf müqabili kimi mənimlə
oynadı. Onu sevdiyimi bilirdi. Kursumuzun rəhbəri Şəfiqə Məmmədovaya demişdim.
O söylədi ki, bu, necə olur? Demişdim ki, istəyirəm də onu”.


Source link