226dd78f-179f-43ad-8202-02a7146a0c35..jpg

Əməkdar artistin “Range Rover”i soyulub: Xanımının çantası, 920 manat pul…

Baxış sayı: 1. 121 dəfə baxılıb.

Əməkdar artistin “Range Rover”i soyulub: Xanımının çantası, 920 manat pul…

Əməkdar artist Babək Niftəliyevin “Range Rover” markalı avtomobilindən həyat
yoldaşına məxsus əl çantası oğurlayan şəxs həbs edilib.

“Qaynarinfo”nun məlumatına görə, müğənni həyat yoldaşı Sənubər Niftəliyeva ilə
23 may 2022-ci il tarixdə, saat 13:40-da Yasamal rayonu Ş.Qurbanov küçəsi 19
ünvanında yerləşən ticarət mərkəzinə alış-verişə gedib. O, avtomobilini
mağazalardan birinin qarşısında saxlayıb.

O, avtomobildən enərkən mühərriki söndürdüyünü və qapıların avtomatik şəkildə
bağlandığını düşünüb, bundan sonra mağazaya giriblər. Bu zaman muğam ifaçısının
xanımı Sənubər Niftəliyeva özünə məxsus qara rəngli əl çantasını avtomobilin ön
sərnişin oturacağının üzərində qoyub. 50 manat dəyərin olan çantada 920 manat
pul olub.

Alış-verişdə pulu çatmayan müğənni təxminən yarım saat sonra avtomobilin
yanına qayıdaraq, həyat yoldaşının çantasından pul götürmək istəyib. Lakin
çantanın yerində olmadığını görüb. Bundan sonra DİN-in “102” xidmətinə məlumat
verib.

Polisin apardığı araşdırma zamanı hadisəni 1991-ci ildə Bakı şəhərində anadan
olmuş, əvvəllər məhkum edilmiş və 2022-ci ildə Milli Məclisin qəbul etdiyi
Amnistiya aktına əsasən azadlığa buraxılan Səbuhi Səfərovun (soyad şərti)
törətdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Səbuhi Səfərov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində
nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 ay
müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Babək Niftəliyev bildirib ki, hələlik dəymiş ziyan ödənilməyib. Hadisəni
törədən şəxs isə cəzasını çəkəcək.

Source link