61c9cdd9-660b-4b1e-b09d-18f78d6ff0ee..jpg

Əməkdar incəsənət xadimi Tərlan Seyidov vəfat etdi

Baxış sayı: 945 dəfə baxılıb.

Əməkdar incəsənət xadimi Tərlan Seyidov vəfat etdi

Pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi Tərlan Mir Əşrəf oğlu Seyidov
uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat edib.

Bu barədə Bakı Musiqi Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
(BMA) nəzdində yaratdığı Orta ixtisas musiqi məktəb-studiyasına 43 il rəhbərlik
edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsinə böyük
əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların,
məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm
də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub.

Source link