46e6d34e-7ea5-4038-a457-f3b5cce828f6..jpg

Əmanətlərdən gəlirlərin vergiyə cəlb edilməsi faiz dərəcəsini nə qədər artıra bilər? – AÇIQLAMA + FOTO

Baxış sayı: 894 dəfə baxılıb.

Əmanətlərdən gəlirlərin vergiyə cəlb edilməsi faiz dərəcəsini nə qədər artıra
bilər? – AÇIQLAMA + FOTO

“Vergiyə cəlbetmə ilə bağlı bütövlükdə əmanətlərin faiz dərəcələrinin
yüksəlməsi gözlənilmir. Amma ayrı-ayrı banklarda bu güzəştin tətbiq müddətinin
başa çatması ilə əlaqədar əmanətlərin faiz dərəcələrini yüksəldəcəklər”.

Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti
Zakir Nuriyev jurnalistlərin əmanət gəlirlərinin vergiyə cəlb edilməsinin faiz
dərəcələrini artırıb-artırmaması ilə bağlı sualına cavab olaraq deyib.

O bildirib ki, əmanət gəlirlərinin vergiyə cəlb edilməsi əvvəllər də mövcud
idi:

“Sadəcə olaraq, yeddi il müddətinə Prezidentin müvafiq fərmanı ilə güzəşt
tətbiq edilərək vergidən azad edilmişdi. Ona görə də hazırkı mərhələdə
ayrı-ayrı banklar artıq güzəşt müddətinin başa çatması ilə əlaqədar olaraq faiz
dərəcələrini artırmaqla və ya bəzi banklar öz reklam məhsullarını
yerləşdirməklə vergi ödənilməsini öz hesablarına həyata keçirirlər.

Bütövlükdə faiz dərəcələrinin yüksəlməsi gözlənilmir. Amma ayrı-ayrı banklarda
bu güzəştin tətbiq müddətinin başa çatması ilə əlaqədar əmanətlərin faiz
dərəcələri yüksəldiləcək. Həmin vergi məbləği faiz dərəcəsinin aşağı-yuxarı 1%
həcmində dəyişməsinə səbəb ola bilər. Orada müəyyən hissədə artım ola bilər.
Yenə deyirəm, bütövlükdə deyil, ayrı-ayrı banklar tərəfindən bu artım ola
bilər. Hətta bəzi banklar bununla bağlı elan paylaşıblar, düşünürəm, yaxın
zamanda digər qrup banklar da bu istiqamətdə artımları elan edəcəklər”.

Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci
ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq
üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci
il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.

Könül Cəfərli

Source link