Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sadiq Nəhmətovun (1981-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, ötən il noyabrın 5-də Əmircan qəsəbəsində Sadiq Nəhmətov aralarında yaranmış münaqişə zamanı tanışı Zahir Hacıağayevə (1965-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, onu qətlə yetirib.
Həmin axşam şübhəli şəxs Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub və istintaqa təqdim edilib. Mərhum Z.Hacıağayev əvvəllər məhkum edilib və son illər tüfeyli həyat keçirib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 13-ə təyin edilib.