Əmlak Məsələləri Dövlət Xidməti növbəti özəlləşdirmə hərraclarını elan edib

Baxış sayı: 712 dəfə baxılıb.

Əmlak Məsələləri Dövlət Xidməti növbəti özəlləşdirmə hərraclarını elan edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 15-də,
22-də və 29-da növbəti dəfə özəlləşdirmə hərracları keçirəcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 15-də təşkil olunacaq hərraca 15 kiçik dövlət
müəssisəsi və obyekti, 43 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan
dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, yeraltı
dayanacaq və avtomobillər var.

Avqustun 22-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Avtomobillərin istehsal tarixi 1991-2011-ci illər arasında dəyişir.

Avqustun 29-da təşkil olunacaq hərracda isə 7 səhmdar cəmiyyətin səhm
paketinin, 7 kiçik dövlət müəssisəsi və obyektinin, həmçinin 31 nəqliyyat
vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Hərraca çıxarılan səhmdar
cəmiyyətləri sənaye sahəsinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketi
nizamnamə kapitalının 30%-ni təşkil edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/34VKHN
linki vasitəsilə tanış olmaq olar.

Source link