Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə (səsvermə başlayan andan-saat 08:00-dan başa çatanadək-saat 19:00-dək) ən aktiv və passiv seçki dairəsinin adı açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, seçicilərin aktiv olduğu seçki dairəsi Şərur-Sədərək seçki dairəsidir. Bu seçki dairəsidə 38 min 713 nəfərdən 32 min 132 nəfəri (83%) səsvermədə iştirak edib.
Passiv seçki dairəsi isə 17 saylı Yasamal 3-cü seçki dairəsidir. Burada qeydiyyatda olan 40068 seçicidən 24 646 nəfəri (61.51%) səsvermədə iştirak edib.