Madridin “Atletiko” klubu ciddi itki ilə üzləşib.
ÇıxışYolu.Com xəbər verir ki, “hindular”ın tarixinin ən bahalı transferi hesab olunan Joau Feliks dünən “Valensiya” ilə La Liqa matçında (1:1) zədələnib.
80-ci dəqiqədə zədə səbəbindən əvəzlənən portuqaliyalı hücumçunun 3 həftə oynaya bilməyəcəyi bildirilib.
Xatırladaq ki, Felix bu yay 126 milyon avroya “Benfika”dan “Atletiko”ya transfer olunub.