Beş milyardan çox baxış sayı toplayan “Despacito” mahnısına çəkilmiş klip bu gün hakerlər tərəfindən “YouTube”dan silinmişdi.
ÇıxışYolu.Com xəbər verir ki, “YouTube” sözügedən ifanın yenidən bərpa olunmasına nail olub.
Klip artıq istifadəçilərin ixtiyarına verilib.
15:25
Puerto-Rikolu musiqiçi Luis Fonsinin “Despacito” mahnısına çəkilmiş klip “YouTube”dan silinib.
Bu barədə ÇıxışYolu.Com “The İndependent”ə istinadən xəbər verir.
Məlumata görə, video haker hücumu nəticəsində yoxa çıxıb. Çox güman ki, “Vevo”nun digər musiqi hesablarına da təsir göstəriblər.
Klipin əvəzinə bir müddət maskalı və həbsxana paltarında olan insanlar əlindəki silahı kameraya tuşlayan video əks olunub.
Məlum olub ki, “Despacito” ilə yanaşı, Shakira, Selena Gomez, Taylor Swift və Obri Dreykin mahnıları da silinib. Onların bütün işləri “Vevo”nun şəxsi hesabında dərc edilib.
İddia olunur ki, haker hücumu “Prosox və ya “Kuroish” haker qrupu tərəfindən həyata keçirilib. Onlar video-rolikə belə bir şərh yazıblar: “Fələstinə Azadlıq”.
Qeyd edək ki, aprelin 5-də “Despacito” beş milyard baxış sayı toplayaraq “YouTube” tarixində ən baxımlı video olub. Castin Biberin qatıldığı mahnı versiyası isə cəmi 7,6 milyon baxış sayı toplaya bilib.